Hadisə

Türkiyənin Samsun şəhərində sel olub

Nəticələrin aradan qaldırılması üzrə işlər görülür

· Xəbərçi
Türkiyənin Samsun şəhərində sel olub
Türkiyənin Samsun şəhərində daşqın baş verib. Aramsız yağan leysan yağışların səbəb olduğu daşqın nəticəsində Samsun-Ankara magistral yolu bağlanıb. Avtomobillər yollarda qalıb, uzun tıxaclar əmələ gəlib. Təmizləyici maşınlarla yolların qismən təmizlənməsindən sonra magistral yolda hərəkət qismən bərpa olunub. Regionda təmizlik işləri davam etdirilir.

Şərhlər