Türkiyənin sabiq baş qərargah rəisi öldü
29 Avqust 2011 Bazar Ertəsi 04:03
20-ci baş qərargah rəisi olan ordu generalı Nəcib Torumbay 1987-ci ildən 1990-cı ilə qədər bu vəzifənin icrası ilə məşğul olub
Türkiyənin sabiq baş qərargah rəisi Nəcib Torumtay vəfat edib. ANS PRESS Türkiyə mətbuatına istinadən xəbər verir ki, 85 yaşlı Nəcib Torumtay 2 ay əvvəl qəfildən vəziyyəti pisləşərək yaşadığı Muğla vilayətindən ambulans helikopterlə paytaxt Ankarada olan GATA-ya (Gülhanə Hərbi Tib Akademiyası) çatdırılmışdı.
Qeyd edək ki, Türkiyənin 20-ci baş qərargah rəisi olan ordu generalı Nəcib Torumbay 1987-ci ildən 1990-cı ilə qədər bu vəzifənin icrası ilə məşğul olub.
DOSTLARINLA PAYLAŞ: