Türkiyənin eyni şəhərində iki güclü zəlzələ
20 May 2011 Cümə 02:16
İnsanlar arasında təşvişə səbəb olan zəlzələ nəticəsində dağıntı və insan təlafatı barədə məlumat yoxdur
Türkiyənin Kütahya vilayətində 6 dəqiqəlik intervalla iki güclü zəlzələ baş verib. ANS PRESS “Cihan”a istinadən xəbər verir ki, yerli vaxtla saat 23.19-da (Bakı vaxtı ilə 01.19) baş vermiş ilk zəlzələ 5.9 bal gücündə olub. Yeraltı təkanlar İstanbul, Bursa, Kocaeli, Yalova, Çanaqqala və Tekirdağ vilaytlərində də hiss olunub. Bundan başqa, zəlzələni Ankara, Eskişehir, İzmir, Denizli və Manisa sakinləri də hiss edib.

Daha bir zəlzələ isə yerli vaxtla 23.25-də (Bakı vaxtıyla 01.25) baş verib. növbəti zəlzələnin şiddəti isə 4.6 bal gücündə olub.

Qeyd edək ki, hər iki zəlzələnin episentri Kütahya vilayətinin Simav rayonu olub. Məlumata görə, zəlzələdən sonra radiostansiyalarda yaranan nasazlıq səbəbilə polislər arasında rabitə kəsilib.

Yerli sakinlər arasında təşvişə səbəb olan yeraltı təkanlar nəticəsində meydana gələn dağıntı və insan təlafatı barədə məlumat verilməyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar