Türkiyədən Suriyaya ikinci xəbərdarlıq
16 Avqust 2011 Çərşənbə Axşamı 09:30
«Əməliyyatların dərhal dayandırılmasını istəyirik!»
Türkiyə Suriyaya ikinci dəfə xəbərdarlıq etdi. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ötən gün axşam saatlarında gözlənilmədən mətbuat konfransı keçirməyi qərara alıb. Suriya prezidenti Bəşər Əsədlə keçirdiyi görüşdə Türkiyənin 2 tələbini çatdırdığını deyən Əhməd Davudoğlu avqustun 11-dən bəri Suriya ordusunun əməliyyatlarda fasilə vermədiyini və dinc sakinlərin öldürüldüyünü bildirib. «Əgər əməliyyatlar dayandırılmazsa, bundan sonra bu atılacaq addımlarla bağlı danışılası heç nə qalmayacaq. Bu əməliyyatların dərhal dayandırılmasını istəyirik.»-Türkiyənin xarici işlər naziri belə deyib.
Əhməd Davudoğlu eyni zamanda Türkiyənin Misir, Tunis və Liviya xalqının yanında olduğunu kimi Suriya xalqının da yanında olduğunu və bu dəstəyi bundan sonra da davam etdirəcəyini vurğulayıb.
DOSTLARINLA PAYLAŞ: