Hadisə

Türkiyədə yanacaq dolu qatar aşıb

Qəza nəticəsidə xəsarət alanlar barədə məlumat verilməyib

· Xəbərçi
Türkiyədə yanacaq dolu qatar aşıb
Türkiyədə yanacaq dolu qatar qəzaya uğrayıb. ANS PRESS “Doğan” agentliyinə (DHA) istinadən xəbər verir ki, Kırıkkale neft emalı zavodundan İzmitə gedən benzin və mazut yüklü qatarın 6 vaqonu aşıb. Hadisə Kırıkkale vilayəti Bahışlı rayonunda yerli vaxtla gecə saat 23.30-da (Bakı vaxtıyla 01.30) baş verib. Qəza nəticəsində aşan 6 vaqondan 3-ündə olan yanacaq yerə axıb. Hadisədən sonra yerli polis şöbəsi, təcili yardım və dövlət yanğından mühafizə xidmətinin əməkdaşları qəzanın baş verdiyi yerdə təhlükəsizlik tədbirləri görüblər.

Qeyd edək ki, qəza nəticəsidə xəsarət alanlar barədə məlumat verilməyib.

Şərhlər