Hadisə

Türkiyədə terrorçular 8 avtomobili yandırdı

Yanğını törədən şəxslər hadisə yerindən qaçmağa müvəffəq olub

· Xəbərçi
Türkiyədə terrorçular 8 avtomobili yandırdı
Türkiyə İstanbul şəhərinin Maltəpə rayonunda terrorçular 8 avtomobili “molotov kokteyli” ilə yandırıb. ANS PRESS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Maltəpə rayonu Gülsuyu məhəlləsindəki Güləkən küçəsində 6, Güldəstə küçəsində bir yük maşını və Əbabil küçəsində 1 avtomobil naməlum şəxslər tərəfindən yandırılıb. Hadisə yerinə yanğından mühafizə idarəsinin əməkdaşları gələrək yanğını söndürməyə çalışıb.

Baş vermiş yanğın hadisəsi barədə polis araşdırmalara başlayıb və yanğını törədənlərin yaxalanması istiqamətində iş aparılır.

Şərhlər