Hadisə

Türkiyədə öldürülən azərbaycanlı qadının cənazəsi bu axşam Bakıya gətiriləcək

Diyar Cabbarzadənin əvvəlki ərindən olan oğlu 14 yaşlı Tağı da Azərbaycana göndərilir.

· Xəbərçi
Türkiyədə öldürülən azərbaycanlı qadının cənazəsi bu axşam Bakıya gətiriləcək
Türkiyənin İstanbul şəhərində ərinin qohumu tərəfindən öldürülən azərbaycanlı qadın Diyar Cabbarzadə Bengitayın cənazəsi bu gün axşam Azərbaycana gətirilərək, qohumlarına təhvil veriləcək. Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun məlumatına görə, Diyar Cabbarzadənin əvvəlki ərindən olan oğlu 14 yaşlı Tağı da Azərbaycana göndərilir.

Diyar Cabbarzadə öldürülərkən oğlu Tağı da onun yanında olub. Xatırladaq ki, 3 uşaq anası olan Diyar Cabbarzadə Bengitayın ərinin qardaşı tərəfindən öldürüldüyü ehtimal edilir. Qətlin sifarişçisinin isə qadının həyat yoldaşı olduğu bildirilir. Hər iki şəxs polis tərəfindən saxlanılıb.

Türkiyə kütləvi informasiya vasitələrinin məlumatına görə, qadın ərindən ayrılmaq və Azərbaycana qayıtmaq istəyirmiş. Onlar arasında böyük mübahisələrə boşanma zamanı ödəniləcək təzminatın məbləği və uşaqların aqibəti səbəb olub.

Şərhlər