Türkiyədə növbəti terror hadisəsi: 5 ölü
12 Sentyabr 2011 Bazar Ertəsi 05:50
Daha 10 nəfər isə meydana gələn atışmada müxtəlif dərəcəli xəsarət alıb
Türkiyənin Hakkari vilayətində PKK terrorçularının törətdiyi hücum nəticəsində 1 hərbçi, 1 polis və 3 mülki vətəndaş ölüb, 7 nəfəri hərbçi olmaqla 10 nəfər isə yaralanıb. ANS PRESS “Doğan” agentliyinə (DHA) istinadən xəbər verir ki, hadisə vilayətin Şemdinli rayonunda, yerli vaxtla saat 22.10-da (Bakı vaxtıyla 00.10) polis şöbəsinə və jandarm hərbi hissəsinə eyni vaxtda həyata keçirilən hücum nəticəsində baş verib. Hücum səbvəbilə müydana gələn atışma isə 2 saatdan çox davam edib.

Atışmadan sonra hadisə yerindən qaçan terrorçuların zərərsizləşdirilməsi üçün ərazidə “Cobra” helikopterlərinin dəstəyi ilə quru əməliyyatı başlayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar