Gürcüstandan Türkiyəyə işləməyə gedən 6 gürcü onlara iş verən yaşlı cütlüyə işkəncə verib
Türkiyəyə işləmək üçün gedən 6 Gürcüstan vətəndaşı onları işlə təmin edən yaşlı ər və arvadın əllərini başlayaraq onlara işkəncə verib. ANS PRESS “CNN Türk”ə istinadən xəbər verir ki, hadisə Rize vilayətinin Ardeşen rayonunda baş verib. Hadisə nəticəsində 83 yaşlı ər Hikmət Akagündüz ölüb, onun yaşıdı olan həyat yoldaşı Aytən Akagündüz isə özünü ölülüyə vuraraq xias ola bilib.
Qeyd edək ki, Gürcüstandan bu rayona işləmək üçün gələn gürcülər onların həyətyanı sahəsində işləmək üçün yaşlı cütlüklə razılaşıb. Keçən il də cütlüyə aid çay plantasiyasında işləyən gürcülər bir müddət sonra yaşlıların əlini-qolunu bağlayaraq onlara işkəncə verməyə başlayıblar. Daha sonra cütlüyün öldüyünü hesab edən işçilər evdə olan 2 600 lirə (təxminən 1 300 manat) və qızıl-zinət əşyalarını götürərək qaçıblar.
Sürünərək eyvana çıxan Aytən A. qonşuları səsləyərək onlardan kömək istəyib. Qonşuların yardımı ilə xəstəxanaya çatdırılan yaşlı qadının qabırğaları və bədənin müxtəlif sümükləri sınıb.
Polis isə keçirdiyi operativ-əməliyyat tədbirləri nəticəsində qarətçi gürcüləri artıq yaxalayıb.
Xatırladaq ki, daha əvvəl Türkiyəyə gəlin köçən Gürcüstan vətəndaşı anasının yardımı ilə
9 yaşlı ögey oğlunu öldürmüş,
onun cəsədini parçalayaraq müxtəlif küçələrə atarkən polis tərəfindən yaxalanmışdı.