Hadisə

Türkiyədə nazir maşınla qar təmizlədi

Nazir yol təmizləmə işlərinə şəxsən nəzarət etmək və fəhlələrə mənəvi dəstək vermək üçün burda olduğunu deyib

· Xəbərçi
Türkiyədə nazir maşınla qar təmizlədi
Türkiyənin nəqliyyat dənizçilik və mətbuat naziri Binali Yıldırım qar səbəbilə bağlanan kənd yollarının təmizliyində şəxsən iştirak edib. Anakara – Afyonkarahisar maqistral yolunun təmizlənməsi fəaliyyətinə nəzarət edən nazir qar təmizləmə maşınını təxminən 500 metr sürərək bu məsafədəki qarı təmizləyib. İş barədə jurnalistlərə məlumat verən nazir Binali Yıldırım yol təmizləmə işlərinə şəxsən nəzarət etmək və fəhlələrə mənəvi dəstək vermək üçün burda olduğunu deyib.



Şərhlər