Türkiyədə millət vəkili həbs olundu
03 Avqust 2011 Çərşənbə 04:45
Aysel Tuğluk çıxışında PKK terror təşkilatını təbliğ edib
Türkiyə Van şəhərindən müstəqil millət vəkili seçilən Aysel Tuğluk barəsində məhkəmə 2 illik həbs qərarı verib. Buna səbəb Tuğlukun Hakkari vilayətinin Yüksekova rayonunda çıxış edərkən terror təşkilatı PKK-nı təbliğ etməsi olub. Qeyd edək ki, Aysel Tuğluk 2 il əvvəl novruz bayramı münasibəti ilə yerli xalqı təbrik edərkən PKK terror təşkilatına açıq dəstək verib:

“Bu tonqalı müqavimətin rəmzi olan Geverdə (Yüksekova) yandırdıq. Mən sizin bu ləyaqətli müqavimətinizi, ləyaqətli mübarizənizi hörmətlə salamlayıram. Onlar hesab edir ki, bu problemi kürdlər olmadan həll edəcəklər. Bizə isə dedilər ki, PKK-nı terrorçu kimi tanıyın. Özümüzə və şəxsiyyətimizə xəyanət etməyimizi tələb etdilər... Biz bu ləyaqətsizliyi qəbul etmədik. BDP (PKK-nın siyasi cinahı Barış və Demokratiya partiyası) bu xalqın nnümayəndəsi kimi parlamentdədir və həmsöhbətdir. Kandildə həmsöhbət PKK-dır. İmrtalıda isə həmsöhbət Öcalandır”.

Tuğluk isə siyasətçi kimi öz fikirlərini ifadə etdiyini deyib. “Bir siyasətçi kimi mənim işim danışmaqdır. Bu, kiməsə doğru və ya səhv gələ bilər. Amma bu məhkəmənin nə qədər siyasiləşdiyini göstərir. Bunu baş nazirdən soruşmaq lazımdır”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar