Hadisə

Türkiyədə keçirilən turnirdə faciə yaşanıb

Türkiyədə keçirilən turnirdə faciə yaşanıb. Döyüşçü nokauta düşərək öldü.

· Xəbərçi
Türkiyədə keçirilən turnirdə faciə yaşanıb
Türkiyənin Konya şəhərində keçirilən klublararası kikboksinq yarışında nokauta düşən Gökhan Murad Üstəl vəfat edib.

24 yaşlı Gökhan Murat Üstəl Konya şəhəri xəstəxanasının reanimasiya şöbəsində keçinib.

Xatırladaq ki, kikboksçu yarışların final mərhələsində çıxdığı döyüşdə rəqibindən zərbə alaraq yerə yıxılmışdı. Dərhal xəstəxanaya çatdırılan idmançıya həkimlər “beyinə qansızma” diaqnozu qoymuşdular. Süni ürək aparatına qoşularaq saxlanılan Gökhan Murad Üstəl bu gün vəfat edib. ANSPRESS

Şərhlər