Hadisə

Türkiyədə iki siravi əsgər təcavüzə məruz qalıb

Hərbi prokurorluq hər iki hadisə barədə istintaq başladıb

· Xəbərçi
Türkiyədə iki siravi əsgər təcavüzə məruz qalıb
Türkiyədə iki siravi əsgərin zorlanması iddiası ilə istintaq başladılıb. ANS PRESS “Habertürk”ə istinadən xəbər verir ki, ilk hadisə bu il yanvarın 15-də Bolu dağı Jandarm şöbəsində baş verib. Məlumata görə, jandarm şöbəsində hərbi xidmətdə olan M. Ç. Şöbənin komandiri Ç. A.-nın təcavüzünə məruz qalıb. Hadisə barədə Bolu vilayəti jandarm idarəsinə xəbər verilib və hərbi prokurorun əmri ilə komandir Ç. A. həbs olunub.

İkinci hadisə isə Bilecik vilayəti Gölpazarı rayonu 5-ci Jandarm təlim tabor komandirliyində baş verib. Məlumata görə, siravi əsgər Y. H. bu il fevralın 11-də gecə saat 01.30-da siqaret çəkməyə çıxdığı vaxt 3 nəfər tərəfindən zorlanıb. Hadisənin xəbər verilməsi ilə əsgərin ailəsi prokurorluğa gedərək şikayət edib.

Qeyd edək ki, hərbi prokurorluq hər iki hadisə barədə istintaq başladıb. Faktla bağlı araşdırmalar davam edir.

Şərhlər