Hadisə

Türkiyədə hərbi kəşfiyyatın rəhbəri həbs olunub

Həbs “İnternet memorandum” çərçivəsində həyata keçirilib

· Xəbərçi
Türkiyədə hərbi kəşfiyyatın rəhbəri həbs olunub
Türkiyədə “İnternet memorandum” məhkəmə cinayət işinin araşdırılması çərçivəsində Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah Kəşfiyyat İdarəsinin rəisi, general-polkovnik İsmayıl Haqqı Pekin həbs olunub. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, əvvəllər 7-si general olmaqla 14 hərbçiyə qarşı məhkəmə qərarı çıxarılıb. Onların həbsi barədə qərar generalların qaçma ehtimalları ilə əsaslandırılıb.

“İnternet memorandum” – Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının hakim Ədalət və İnkişaf Partiyasının etibarını ləkələməli olan saytların yaradılması planıdır. “Hakimiyyətlə mübarizə üzrə plan” əsas fiqurlar – bilavasitə daha iki generalın iştirakı ilə Ordu generalı Həsən İqsızın əmri ilə tərtib olunub.

Şərhlər