Hadisə

Türkiyədə bir nəfər "donuz qripi"ndən ölüb

47 yaşlı şəxsin vəziyyəti ağır olduğundan həyatını xilas etmək mümkün olmayıb

· Xəbərçi
Türkiyədə bir nəfər "donuz qripi"ndən ölüb
Türkiyədə "donuz qripi"ndən bir nəfər ölüb. CNNTürk agentliyinin yaydığı məlumata görə, hadisə Samsunda 19 May Universitetinin Tibb Fakültəsi Xəstəxanasında qeydə alınıb. Xəstəxanada "donuz qripi"ndən müalicə olunan 47 yaşlı M.B vəfat edib.

Məlumata görə, M.B ötən həftə A/H1N1 virusu diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Müayinə zamanı xəstənin "donuz qripi"nə yoluxduğu təsdiq edilib. Lakin xəstəxanaya yerləşdirilərkən vəziyyəti ağır olduğundan onun həyatını xilas etmək mümkün olmayıb.

Şərhlər