Türkiyədə ana müxalifət liderinin qaynatası intihar etdi
25 Mart 2011 Cümə 04:48
82 yaşlı ağsaqqal özünü qonaq qaldığı evin eyvanından atıb
Türkiyə ana müxalifətinin lideri, CHP-nin (Cumhuriyyət Xalq Partiyası) sədri Kamal Kılıçdaroğlunun qaynatası intihar edib. Kocaeli şəhərindən olan və 2 gündür Tuncelidə K. Kılıçdaroğlunun qardaşı Yusif Ziya Kılıçdaroğlunun evində olan 82 yaşlı Əli Xıdır Özdağ özünü qonaq qaldığı evin eyvanından atıb.

Qeyd edək ki, 3-cü mərtəbənin eyvanından özünü atan Əli Xıdır Özdağ ağır yaralı olaraq Tunceli xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümükn olmayıb.

Xəstəxanaya gedərək intiharla əlaqədar məlumat alan prokuror hadisə barədə istintaq başladıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar