Hadisə

Türkiyədə ağır yol qəzası

Daha 2 nəfər qəzada müxtəlif dərəcəli bədən xəsarəti alıb

· Xəbərçi
Türkiyədə ağır yol qəzası
Türkiyədə Akşehir – Konya vilayətləri arasındakı maqistral yolda ağır yol nəqliyyat hadisəsi baş verib. ANS PRESS “İhlas” agentliyinə (İHA) istinadən xəbər verir ki, mikroavtobusla yük maşınının toqquşması nəticəsində meydana gələn qəzada 7 nəfər ölüb. Daha 2 nəfər isə qəzada müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralılar yaxınlıqda olan xəstəxanalara çatdırılıb.

Şərhlər