Türkiyənin Adana şəhərində bir evdə 8 nəfəri qətlə yetirən şəxs tutulub. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu, ev sahibinin 38 yaşlı oğlu olub. O, cinayəti törətdiyi silahla birgə saxlanılıb.
Qeyd edək ki, evdə cəsədi tapılanlardan ən böyüyünün 64, ən kiçiyinin 6 yaşı olub. Hələlik qətlin səbəbi açıqlanmayıb. /ANS PRESS/