Türkiyədə 5 ulduzlu oteldə azərbaycanlı qadın güllələnərək öldürüldü
27 Fevral 2012 Bazar Ertəsi 13:14
Qətlin əri tərəfindən törədildiyi bildirilir.
Türkiyədə Azərbaycan əsilli qadın qətlə yetirilib. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, hadisə Antalyada 5 ulduzlu otellərdən birində baş verib. Özəl təhlükəsizlik xidmətində çalışan kişi boşanma ərəfəsində olduğu həyat yoldaşına oteldə hücum edib. 30 yaşlı Ferit Önal özü kimi oteldə işləyən Azərbaycan əsilli həyat yoldaşı 28 yaşlı İnci Önalla qısqanclıq zəminində mübahisə edib. Ailəsində problemlər yaşanan İ.Önal ayrılmağa qərar verib və evini tərk edərək işlədiyi oteldə qalıb.
F.Önal həyat yoldaşının iş yoldaşı 33 yaşlı Hüseyn Ataç adlı şəxslə əlaqəsi olduğunu iddia edərək onun yaşadığı otelə gəlib. İlk olaraq əsəbi ər adı çəkilən kişinin otağına gedərək onu öldürüb, sonra isə İnci Önalın otağına gedən Ferit burada onunla mübahisə edəndən sonra qadını da güllələyib.
İki nəfəri qətlə yetirən ər artıq saxlanılıb.
DOSTLARINLA PAYLAŞ: