Türkiyədə 20 rus alkoqoldan zəhərləndi: 1 ölü
31 May 2011 Çərşənbə Axşamı 02:54
Koma vəziyyətində olan 2 nəfər və vəziyyəti ağır olan 1 nəfər xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib
Türkiyə Muğla vilayətinn Bodrum rayonunda içdikləri alkoqoldan zəhərlənən 20 rus turist bələdçisi xəstəxanaya çatdırılıb. Bələdçilərdən 28 yaşlı Maria Şalyapin xəstəxanada həyatını itirib. Koma vəziyyətində olan 2 nəfər və vəziyyəti nisbətən ağır olan 1 nəfər xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilsə də 16 nəfər ambulator müayinədən sonra evə buraxılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar