Hadisə

Türkiyədə 2 avtobus toqquşub, 3 azərbaycanlı yaralanıb

Müxtəlif xəstəxanalara çatdırılan yaralıların vəziyyəti qənaətbəxşdir.

· Xəbərçi
Türkiyədə 2 avtobus toqquşub, 3 azərbaycanlı yaralanıb
Türkiyədə İstanbul – Ağrı istiqamətində hərəkət edən sərnişin avtobusu Erzincan vilyəti ərazisində başqa bir avtobusla toqquşub. Qəza nəticəsində 21 sərnişin müxtəlif dərəcəli bədən xəsarəti alıb. “Cihan” agentliyinin yaydığı məlumata görə, sərnişinlərdən 3 nəfəri Azərbaycan vətəndaşıdır. Yaralıların Erzincanın müxtəlif xəstəxanalarına çatdırıldığı bildirilsə də azərbaycanlı sərnişinlərin şəxsiyyəti barədə məlumat verilməyib.

Şərhlər