Türkiyədə 12 yaşlı qız anasını öldürüb
08 İyun 2009 Bazar Ertəsi 09:35
Rabia anası Seyhan ilə məktəbə getmək üstündə dalaşıb və nəticədə onu bir güllə ilə başından vuraraq öldürüb

Türkiyənin Adana şəhərində 12 yaşlı Rabia adlı qız anasını tapança ilə vuraraq öldürüb. CNN Türk-ün məlumatına görə, buna səbəb ananın qızını məktəbə getməyə və səviyyə yoxlama imtahanından keçməyə qoymaması olub. Hazırda yeddinci sinif şagirdi olan  Rabia uşaq evinə aparılıb və bir müddət psixoloji nəzarət altında qalacaq.

Ata Ali isə zaman –zaman qızının məktəbdə dostları ilə dalaşdığını bildirib. O, övladının imtahana buraxılmamasını təkzib edib. Onun sözlərinə görə, Rabianın məktəb çantası axşamdan hazır olub, amma qız axşam anası ilə dalaşıb.

Ailənin 10 yaşlı oğlu isə belə halların ailə içində baş verə biləcəyini bildirərək soyuqqanlıqla, "biri- o birini vurub, əhəmiyyətli deyil",- deyib.

Eyni zamanda ailənin terror qruplaşması olan "Hizbullah" təşkilatına simpatiyası olduğu da məlum olub. Terrorla mübarizə idarəsinin bu ailə haqqında keçmişdə araşdırma apardığı məıum olub. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar