Türkiyə-Yunanıstan sərhəddində atışma
04 İyun 2011 Şənbə 01:32
İnsident insan alverçilərinin polisə atəş açması nəticəsində baş verib
Türkiyə ilə Yunanıstan sərhəddindəki Meriç (Evros) çayında insan alverçiləri ilə yunan polislər arasında atışma baş verib. Yunanıstanın “ANA” xəbər agentliyinin yaydığı məlumata görə, insident insan alverçilərinin polisə atəş açması nəticəsində başlayıb. Məlumata görə atışmada ölən və xəsarət alan olmayıb.

Qeyd edək ki, sərhəd mühafizə birlikləri atışmadan sonra 11 qaçaq miqrant və onlara rəhbərlik edən insan alverçilərini ələ keçirib, qaçaqların daşınması üçün istifadə olunan qayıq isə müsadirə olunub.

Xatırladaq ki, Yunanıstan mətbuatı daha əvvəl türk insan alverçilərinin Meriç çayında yunan polislərlə Avropa Birliyi xarici sərhədlərin mühafizəsi agentliyinin (FRONTEX) əsgərlərinə atəş açdığını iddia etmişdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar