Türkiyə vətəndaşlarının ölümü ilə bağlı cinayət işi başlanıb
15 İyul 2009 Çərşənbə 11:40
Bu barədə ANS PRESS-ə Nəzimi rayon prokuroru Aqşin Ziyadov məlumat verib

 

Bakının Nəsimi rayonu ərazisində bədbəxt hadisə nəticəsində həyatlarını itirən Türkiyə vətəndaşlarının ölümü ilə bağlı cinayət işi başlanıb. Bu barədə ANS PRESS-ə Nəzimi rayon prokuroru Aqşin Ziyadov məlumat verib. A. Ziyadov bildirib ki, cinayət işi Azərbaycan Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafuizəsi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə açılıb.
A. Ziyadovubn sözlərinə görə, hadisə ilə bağlı saxlanılan yoxdur, araşdırma aparılır.
Qeyd edək ki, iyulun 14-də Nəsimi rayonun Cəlil Məmmədquluzadə 106 ünvanında "Azər–Sərfiyyat və İnşaat" şirkətinin əməkdaşları Türkiyə vətəndaşları 28 yaşlı Rəcəb Esen və 46 yaşlı Yılmaz Pəhləvan kanalizasiya borusunu təmizləyərkən qazdan boğularaq dünyalarını dəyişiblər.

Anar Məmmədov /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar