Hadisə

Türkiyə vətəndaşına məxsus avtobus yandı

Türkiyə vətəndaşına məxsus avtobus yandı. Yanğın zamanı xəsarət alan olmayıb.

· Xəbərçi
Türkiyə vətəndaşına məxsus avtobus yandı
Qazax rayonunda sərnişin avtobusu yanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, rayonun Ağköynək kəndində Türkiyə vətəndaşı Necati Erçinin idarə etdiyi “Mercedes” markalı sərnişin avtobusunda yanğın baş verib.
Yanğın zamanı xəsarət alan olmayıb, avtobusun mühərrik hissəsində yanar konstruksiyalar yanıb. Yanğına səbəb, avtobusda baş verən qısaqapanma olub.

Faktla bağlı araşdırma aparılır. ANSPRESS

Şərhlər