Hadisə

Türkiyə vətəndaşı Bakıda qəza törədərək yaralanıb

Adnan Arslan xəsarət alaraq yaxınlıqda olan travmatologiya institutuna yerləşdirilib

· Xəbərçi
Türkiyə vətəndaşı Bakıda qəza törədərək yaralanıb
Ötən gecə Nəsimi rayonu ərazisində yol qəzası baş verib. Nəsibbəy Yusifbəyli küçəsi ilə Azadlıq prospektinin kəsişməsində Türkiyə vətəndaşı Adnan Arslanın idarə etdiyi “Mercedes” markalı avtomaşın “Hyundai” markalı başqa bir minik maşını ilə toqquşub. Hadisə nəticəsində “Mercedes”in sürücüsü Adnan Arslan xəsarət alaraq yaxınlıqda olan travmatologiya institutuna yerləşdirilib. Xəsarət aldığı bildirilən “Hyundai” markalı avtomobilin sürücüsü isə hadisə yerində gözə dəyməib.

Faktla əraziyə cəlb olunan Nəsimi polisi araşdırmalara başlayıb. Hadisənin dəqiq səbəbi avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.

Şərhlər