Türkiyə Suriya hökumətinə inamı itirib
29 Avqust 2011 Bazar Ertəsi 11:28
Türkiyə prezidenti Abdulla Gül belə deyib
Türkiyə prezidenti Abdulla Gül Suriya hökumətinə inamlarının artıq qalmadığını bəyan edib. «Açığını desəm, hər şeyin çox az və çox gec olduğu bir səhifəyə yaxınlaşdığını görürəm. Bizim etibarımız artıq yox olmaqdadır. Doğrusu, son illər ən çox siyasi səylərimizi Suriyaya yönəltdik. Suriya bizim qonşumuzdur. Onların güclü, xoşbəxt olması üçün bunları etdik və buna inandıq. Biz Türkiyə olaraq Suriya məsələsində çox çalışdıq. Düşüncələrimizi çox aydın şəkildə bölüşdük və ən sonda xarici işlər nazirimiz Əhməd Davudoğlu Suriyaya gedərkən mesajlarımızı açıq və dürüst bir şəkildə bir daha bölüşdük. Hamı bilsin ki, biz, təbii ki, Suriya xalqının yanındayıq. Əsas isə xalqdır.»-Abdulla Gül belə deyib.
DOSTLARINLA PAYLAŞ: