Türkiyə “Qurban” bayramında 144 vətəndaşını qurban etdi
22 Noyabr 2010 Bazar Ertəsi 00:40
Statistikaya görə, tətilin uzunluğu ilə ölü sayındakı çoxalma paralellik təşkil edir
Türkiyədə “Qurban” bayramı münasibətilə elan edilmiş 9 günlük tətildə baş vermiş yol-nəqliyyat qəzalarında 144 nəfər ölüb, 773 nəfər isə bu qəzalarda müxtəlif dərəcəli bədən xəsarəti alıb. Bu qəzaların səbəbi kimi tətilin ilk günlərində böyük şəhərlərdən əyalətlərə və kəndlərə, tətilin son günlərində isə əks istiqamətdə şəxsi avtomobil və sərnişin avtobusları ilə səyahətin çoxalması göstərilir.
Qeyd edək ki, ölü və yaralı sayı barədə göstərilən rəqəmlər ötən gün yerli vaxtla saat 17.41-ə (Bakı vaxtıyla 19.41) olan məlumatdır.
Ölkə statistikası tətilin uzunluğu ilə ölü sayındakı çoxalmanın paralellik təşkil etdiyini bildirir. Belə ki, bayram tətilinin 9 gün olduğu 2006-cı ildə 125, 2008-ci ildə isə 147 nəfər yol qəzalarında ölmüşdü. 5 günlük tətilin olduğu 2007-ci ildə 63, 2009-cu ildə isə 81 nəfər ölüb.
DOSTLARINLA PAYLAŞ: