Türkiyə bu səhəri də zəlzələ ilə açdı
24 May 2011 Çərşənbə Axşamı 12:34
Rixter cədvəli ilə 4,2 bal gücündə zəlzələ baş verib
Türkiyənin Kütahya şəhərinin sakinləri bu səhəri də zəlzələ ilə açıblar. Mayın 19-da 5,9 bal gücündə zəlzələnin baş verdiyi Simav qəsəbəsində bu gün 4,2 bal gücündə yeraltı təkanlar hiss edilib. Boğaziçi Universiteti Kandilli Zəlzələ Araşdırma Mərkəzinin yaydığı məlumata görə, zəlzələdən təxminən 2 saat sonra 3,1 və 4 bal gücündə iki zəlzələ şoku da qeydə alınıb. Zəlzələni müvəqqəti çadırlarda hiss edən Simav sakinləri insan itkisi və dağıntıların olmaması ilə təsəlli tapıb.

Qeyd edək ki, mayın 19-da baş vermiş zəlzələdən sonra Kütahyada, xüsusilə də, Simav qəsəbəsində 1000-dən çox zəlzələ şoku qeydə alınıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar