Xəzər rayonunda qətl hadisəsi baş verib. ANS PRESS-ə Xəzər rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə bu gün saat 17.30 radələrində Türkan qəsəbəsində baş verib. Polisə məlumat daxil olan kimi əraziyə polis və Prokurorluq əməkdaşlarından ibarət əməliyyat qrupu göndərilib.
İlkin məlumata görə, Türkan qəsəbə sakini, Ceyhun Babaxan oğlu Quliyev qəsəbədə məscidin arxa tərəfində mübahisə zamanı Eldar adı şəxs tərəfindən bıçaqla qətlə yetirilib. Zərərçəkən aldığı çoxsaylı bıçaq zərbələri nəticəsində elə hadisə yerindəcə keçinib.
Polisin verdiyi ilkin məlumata görə, hadisə namus üstündə baş verib. Faktla bağlı iki nəfər saxlanılıb, araşdırma aparılır. ANSPRESS
Türkanda namus üstündə qətl törədilib
Hadisə bu gün saat 17.30 radələrində baş verib.




Şərhlər