Türk polisi azərbaycanlı qadını zorlayıb
27 Oktyabr 2010 Çərşənbə 12:25
Türk polisi azərbaycanlı qadını zorlayıb. Bu barədə məlumatı Türkiyə mətbuatı yazıb.
Türkiyədə polis azərbaycanlı qadını zorlayıb. Türkiyə mətbuatının məlumatına görə, polis idarəsinin əxlaq-qumar bürosunun əməkdaşı olan 4 polis Avçılar bölgəsində dükanlardan birinə gələrək, orada olan 7-si qadın olmaqla 11 nəfəri avtobusa mindirərək bölməyə aparmaq istəyiblər. Lakin yarıyolda polis iş yerinin sahibindən 1000 lirə rüşvət alandan sonra avtobusdakı 10 nəfəri buraxıb.
Azərbaycan əsilli 32 yaşlı adı açıqlanmayan bir qadın isə meşəyə aparılıb və polislərin təcavüzünə məruz qalıb. Lakin polis zorakılığı bununla bitməyib. Səhərə yaxın qadın başqa bir meşə sahəsinə aparılıb və cinsi zorakılığa məruz qalıb.
Polisin əlindən qurtulan azərbaycanlı və digərləri işçilər dükanın sahibi ilə bərabər faktla bağlı polis bölməsinə şikayət ediblər. Müraciətdən sonra hadisədə adı halllanan 4 polis saxlanılıb. Onlara qarşı cinsi istismar ittihamı irəli sürülüb. Araşdırma çərçivəsində qadının alt paltarları, polislərdən alınan qan nümunələri laboratoriyaya göndərilib.
Qeyd edək ki, saxlanılan polislərin üzərindən saxta dollarlar da tapılıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: