Hadisə

Türk ordusu daha 3 şəhid verib

Əsgərlər antiterror əməliyyatından qayıtdarkən terrorçuların pusqusuna düşüb

· Xəbərçi
Türk ordusu daha 3 şəhid verib
Türkiyə ordusu daha 3 şəhid verib. Dünən saat 21:30 radələrində antiterror əməliyyatından qayıdan əsgərlər Şırnak bölgəsinin Beytüşşəbab rayonunda PKk terrorçularının pusqusuna düşüb. PKK terrorçularının əsgərləri atəşə tutması nəticəsində 3 əsgər həlak olub.

Qeyd edək ki, baş verən hadisədən sonra bölgədə geniş antiterror əməliyyatı başlayıb.

Şərhlər