Hadisə

Turist avtobusu qəzaya uğrayıb

Nəticədə 22 nəfər ölüb, 12 nəfər yaralanıb

· Xəbərçi
Turist avtobusu qəzaya uğrayıb
Hindistanın cənubunda içərisində turistlər olan avtobus qəzaya uğrayıb. Nəticədə 22 adam həlak olub. Hökumət təmsilçisi Mahendra Sinqh Tamatanın sözlərinə görə, qəza Himalay dağının ətəklərində, Haridvar şəhərində baş verib. O qeyd edib ki, qəza zamanı həlak olanlardan 13 nəfəri uşaq olub.

Yaralanmış 12 nəfər xəstəxanaya yerləşdirilib. Ümumilikdə avtobusda 52 turistin olduğu bildirilir.

Şərhlər