Rusiyanın Tümen vilayətində dükan və avtomobil yandırımaqda təqsirləndirilən Azərbaycan vətəndaşına hökm oxunub. ANS PRESS-in nakanune.ru-ya istinadən verdiyi məlumata görə, 25 yaşlı Xaliq Məmmmədov 1,5 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən ilin avqust ayında baş verib. Belə ki, avqust ayının 17-də X.Məmmədov münaqişəsi olduğu şəxsin mağazasına yandırıcı maddə tökəndən sonra od vurub. Alov tez bir zamanda yaxınlıqdakı kafeyə də sıçrayıb. Nəticədə sahibkarlara 5 milyon 549 min rubl maddi ziyan dəyib. Bundan əlavə hadisə vaxtı kafedə olan üç nəfər də tüstüdən zəhərlənib.
Bununla ürəyi soyumayan Məmmədov həmin gün axşam saatlarında mağaza sahibinin «Toyota Kamri» markalı maşınını da yandırıb. Bu dəfə isə sahibkara 760 min rubl ziyan dəyib. Ziyanları nəzərə alan məhkəmə azərbaycanlıya 6 milyon 200 min rubl cərimə kəsib. /ANS PRESS/