Hadisə

Tümendə azərbaycanlı azyaşlı qızını 9-cu mərtəbədən atıb, sonra isə intihar edib

Tümendə azərbaycanlı ailədə baş verən münaqişə faciə ilə nəticələnib.

· Xəbərçi
Tümendə azərbaycanlı azyaşlı qızını 9-cu mərtəbədən atıb, sonra isə intihar edib
 APA-nın məlumatına görə, arvadı ilə mübahisə edən adı açıqlanmayan azərbaycanlı intihar etmək qərarına gəlib. Özündən sonra övladının sağ qalmasını istəməyən 33 yaşlı kişi azyaşlı qızını 9-cu mərtəbənin balkonundan yerə atıb. Daha sonra isə özünü qızının ardınca 9-cu mərtəbədən yerə atan soydaşımız hadisə yerində dünyasını dəyişib. Ağır yaralanmış azyaşlı qız xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Hazırda faktla bağlı araşdırma aparılır.

Şərhlər