Hadisə

Tülkü qadını dişləyib

Bakıda qadını tülkü dişləyib. Qadın heyvanın ona zooparkda hecum etdiyini bildirib.

· Xəbərçi
Tülkü qadını dişləyib
Bakıda qadını tülkü dişləyib.

Bakı şəhər Təcilli Tibbi Yardım Stansiyasından ANS PRESS-ə verilən məlumata görə, bu barədə qadın həkimə müraciət edib.

Belə ki, Bakı şəhər sakini, 42 yaşlı Yeganə Əhmədova həkimə müraciət edərək zooparkda tülkü onu dişlədiyini bildirib.

Yeganə Əhmədova Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Məsələni araşdırmaq üçün zooparkın direktoru Azər Hüseynovla əlaqə saxladıq. Heyvanxana direktoru bu barədə xəbərsiz olduğunu bildirib.

"Bizdə heç tülkü də yoxdur. Bu necə ola bilər?", - deyə Azər Hüseynov bildirib.

Şərhlər