Hadisə

Travmotologiya Xəstəxanasının binası yanır

Hadisə yerinə 12 yanğınsöndürən maşın cəlb olunub

· Xəbərçi
Travmotologiya Xəstəxanasının binası yanır
Bu gün səhər saatlarında Bakının Səbail rayonu ərazisində Üzeyir Hacıbəyli küçəsi, 5 ünvanda yerləşən Travmotologiya Xəstəxanasının binasında yanğın baş verib. Dövlət Yanğından Mühafizə Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, əraziyə 3 saylı çağırış elan olunub və hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 12 yanğınsöndürən maşını və əlavə nərdivanlar cəlb olunub.

İlkin məlumata görə, həmin binada hazırda təmir-bərpa işləri aparıldığından hadisə zamanı xəsarət alan olmayıb.

Yanğının söndürülməsi davam edir.

Şərhlər