Transseksuala 10 bıçaq zərbəsi yetirən Bakı sakini yaxalanıb
09 May 2011 Bazar Ertəsi 23:39
Renat Raxmatulin: "Hüseynlə tanış olarkən, onun transseksual olmasından xəbərim yox idi"
Nəsimi polisi cinsi azlıq nümayəndəsini bıçaqlamaqda şübhəli bilinən Renat Raxmatulini həbs edib. Xatırladaq ki, bir neçə gün əvvəl Nəsimi rayonu, akademik Həsən Əliyev küçəsi, məhəllə 10 61, ev 1, mənzil 77-də yaşayan 1969-cu il təvəllüdlü Təhməzov Hüseyn Şamil oğlunun bıçaqlandığı haqda məlumat verilmişdi. Hadisə zamanı yaşadığı mənzildə çoxsaylı bıçaq xəsarətləri alan Təhməzov ağır vəziyyətdə təcili olaraq 1 saylı Şəhər Xəstəxanasına çatdırılıb. Xəstəxanada müayinə olunan zaman isə H. Təhməzovun xəsarətlərinin ağır olduğu nəzərə alınaraq, o, dərhal əməliyyat otağına qaldırılıb.
Həkim Rövşən İbrahimovun sözlərinə görə, təcili əməliyyat zamanı məlum oldu ki, 10-a yaxın kəsilmiş-deşilmiş yara var: “Bunların ikisi daxilə keçmişdi. Yaralardan biri sol ağ ciyəri yaralamışdı, digər yara isə qarın boşluğuna keçmişdi, daxili qanaxma var idi”.
Hadisə barədə məlumat isə ərazi üzrə Nəsimi rayon Polis İdarəsinə verilib. Nəsimi RPİ-nin cinayət axtarış şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində H. Təhməzovu yaşadığı evdə al-qana qərq edənin şəxsiyyətinə aydınlıq gətirilib. Keçirilən əməliyyat tədbirləri 1980-cı il təvəllüdlü Renat Raxmatulinin saxlanılmasını ilə nəticələnib. Renat saxlanılarkən başqa mətləblərə də aydınlıq gətirilib. Sən demə, hadisə günü zərərçəkən cinsi azlıq H.Təhməzovla R. Raxmatulin sosial şəbəkələrdən birində tanış olublar. İnternet vasitəsilə danışan yeni tanışlar elə Hüseynin mənzilində görüşmək qərarına gəlib.
Renat Raxmatulinin sözlərinə görə, H.Təhməzov ona deyib ki, intim xidmət təklif edir: “Dedi ki, mənim xidmətim 50 manatdır. Gördüm ki, nəsə düz deyil. O, qıza oxşamır. Dedim ki, yox mən düz gəlməmişəm. Dedi ki, sən heç yerə getməyəcəksən, pulu ödəməlisən. Onun əlində bıçaq gördüm, bıçağı əlindən aldım və onu vurdum. Ayağımla qapının şüşəsini sındırdım evdən çıxdım”. Renatın sözlərinə görə, Hüseynlə tanış olarkən, onun transseksual olmasından xəbərsiz olub.
Faktla bağlı Nəsimi RPİ-də R. Raxmatulin barəsində Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işa başlanılıb. Bu maddənin tələbləri isə Renatın ən azı 3 il azadlığını itirməsinə səbəb olacaq.
DOSTLARINLA PAYLAŞ: