Toydan qayıdan gəlin maşını aşdı, gəlin və qayınata öldü
10 Oktyabr 2011 Bazar Ertəsi 11:45
Abşeron rayonunda dəhşətli yol qəzası olub, ölənlər və yaralananlar var.
Abşeron rayonu ərazisində dəhşətli yol qəzası toyu faciəyə çevirib. Rayon Polis Şöbəsindən Milli.Az-verilən məlumata görə, Bakı-Şamaxı yolunun 37-ci kilometrliyinin Təzəkənd kəndinin ərazisində gəlin maşını olan "Hyundai Tucson" qəzaya uğrayıb.

Oktyabrın 9-na keçən gecə baş verən qəzada maşında olan gəlin, 20 yaşlı Gülnisə Həsənova və avtomobili idarə edən qayınatası 47 yaşlı Bayram Həsənov hadisə yerində dünyalarını dəyişiblər. Maşında olan qayınana, 46 yaşlı Sürəyya Həsənova və 29 yaşlı Rahim Qasımov ağır bədən xəsarətləri alıblar. Qəzaya uğrayan maşın toy mərasimindən qayıdırmış.
Faktla bağlı araşdırma aparılır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar