Hadisə

Toy mərasimində cinayət baş verdi

Toyda baş vermiş cinayətdə şübhəli bilinən şəxs saxlanılıb

· Xəbərçi
Toy mərasimində cinayət baş verdi
Qusar rayonunda keçirilən toy mərasimində baş vermiş ölüm hadisəsində şübhəli bilinən şəxs Qusar polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Şöbədən ANS PRESS-in bölgə müxbirinə verilən məlumata görə, bu, əslən Sumqayıt şəhərindən olan, 1984-cü il təvəllüdlü İsmixanov Əhmədbəy Səfixan oğludur.

Qeyd edək ki, iki gün əvvəl Qusarrda keçirilən toy mərasimində iştirak edən 32 yaşlı Kamil Şöhrət oğlu Talıbov adı açıqlanmayan bir nəfər tərəfindən yumruq zərbəsi almışdı. Atasının əmisi oğlunun toyunda iştirak edən Kamil Talıbov yumruq zərbəsindən yerə yıxılıb və onun başı səkiyə dəyib. Bundan sonra özünü pis hiss etdiyini deyən K.Talıbovu yaxınları evinə aparıblar. Zərərçəkən ötən gecə keçinib.

Ölümün dəqiq səbəbləri isə ekspertizanın rəyindən sonra məlum olacaq.

Şərhlər