Hadisə

Tovuzda bir ailə uçqun altında qalıb

Tovuzda bir ailə uçqun altında qalıb. Hazırda hadisə yerində xilasetmə işləri aparılır.

· Xəbərçi
Tovuzda bir ailə uçqun altında qalıb
Bu gün səhər saat 7-8 radələrində Azərbaycanın Tovuz rayonunun Qəribli kəndində torpaq sürüşməsi baş verib. Sakinlərin ANS PRESS-ə verdiyi məlumata görə, Əkbər adlı kənd sakininə məxsus ev tamamilə uçub və beş nəfərdən ibarət bir ailə torpaq altında qalıb.

Hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin və rayon polis şöbəsinin əməkdaşları gəlib. Dağıntılar altında qalan şəxslərin xilasetmə işləri aparılır. Hadisə nəticəsində ölən və yaralananların olacağı istisna olunmur.

Tovuz Rayon Polis Şöbəsi ANS PRESS-ə faktı təsdiqləyib. ANSPRESS

Şərhlər