Hadisə

Tovuz sakini əkin sahəsində həmkəndlisini güllələdi

Hadisə Yanıqpəyə kəndində baş verib.

· Xəbərçi
Tovuz sakini əkin sahəsində həmkəndlisini güllələdi
Tovuzda qətl hadisəsi baş verib. Hadisə ötən gün rayonun Yanıqpəyə kəndində qeydə alınıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, kənd sakini Eyvaz Quliyev əkin sahəsində ov tüfəngindən atəş açaraq həmkəndlisi Adil Musayevi öldürüb. Qətl münaqişə zəminində olub.
Tovuz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Quliyev tutulub. Ondan 1 ədəd tüfəng götürülüb. anspress

Şərhlər