Hadisə

Tovuz rayonunun sakini intihar edib

Azərbaycanın Tovuz rayonunda intihar hadisəsi baş verib. Bu barədə APA-ya Rayon Prokurorluğundan bildirilib.

· Xəbərçi
Tovuz rayonunun sakini intihar edib


Hadisə rayonun Alakol kəndində qeydə alınıb. Kənd sakini, 1987-ci il təvəllüdlü Elşad Hüseynov yaşadığı evin həyətində dəmir borudan özünü asıb. Mərhumun özünə qəsd etməsinin səbəbləri məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Şərhlər