Torpaq və Xəritəçəkmə Komitəsində bomba həyəcanı
23 May 2011 Bazar Ertəsi 19:21
Naməlum şəxs binaya bomba qoyulması haqqında "102" xidmətinə məlumat verib.
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin inzibati binasına bomba qoyulması barədə polisə məlum daxil olub. Bu barədə Yasamal rayon Polis İdarəsindən bildirilib.

Məlumata görə, hadisə bu gün qeydə alınıb. Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edən naməlum şəxs Yasamal rayonu ərazisi, Ş. Mehdiyev küçəsi 93 ünvanında yerləşən, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin binasına bomba qoyulması barədə məlumat verib. Dərhal əraziyə əməliyyat qrupu çıxıb və Fövqəladə Hallar Nazirliyi məlumatlandırılıb. Sözügedən binada həyata keçirilən axtarışlar heç bir nəticə verməyib. Məlumatın yalan olduğu təsdiqlənib.

Hazırda polis yalan məlumat verən şəxsin müəyyən edilərək tutulması istiqamətində axtarış tədbirlərini davam etdirir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar