Torpaq üstündə qardaşını qətlə yetirən şəxs tutuldu
16 May 2009 Şənbə 15:25
Nurlan Alcanov 14 ay əvvəl öldürdüyü Ruslanı həyətlərində basdırıbmış

Ötən ilin mart ayında Goranboy rayonunda baş vermiş qətlin üstü açılıb. Daxili İşlər Nazirlyinin məlumatına görə, 2008-ci ilin mart ayının 5-də Goranboy rayonunun Dəliməmmədli şəhəri Ə.Nəzmi küçəsində yaşayan Ruslan Alcanovun qardaşı Nurlan tərəfindən qətlə yetirdiyi məlum olub. N. Alcanov torpaq bölgüsü ilə əlaqədar baş vermiş münaqişə zəminində qardaşı Ruslanı balta ilə qətlə yetirərək həyətində basdırıb. Goranboy rayon Polis Şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında görülən tədbirlər nəticəsində N. Alcanov tutulub. Ruslan Alcanovun meyiti eksqumasiya edilib.

Faktla əlaqədar Goranboy rayon Prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar