Bakının Sabunçu rayonu ərazisində yerləşən tikiş fabrikində baş verən yanğın söndürülüb. ANS PRESS-in hadisə yerində olan müxbirinin məlumatına görə, İLLAplast MMC-nin anbarında baş verən yanğında xəsarət alan olmayıb. Hazırda yanğınsöndürənlər tərəfindən soyutma işləri aparılır. Yanğının başvermə səbəbləri araşdırılır.
Şirkətin sex rəisi Sübhan Novruzov ANS PRESS-ə deyib ki, səhər işığı yandırmaq istəyərkən səs eşidib və anbarda alovlanmanın şahidi olub. Onun sözlərinə görə, yanğın nəticəsində 60 kvadtrat metrlik ərazi yanıb.
Qeyd edək ki, saat 10.00 radələrində Balaxanı qəsəbəsi Milli Ordu küçəsində yerləşən tikiş fabrikinin anbarında baş verib.
Anar Məmmədov /ANS PRESS/