Hadisə

Tikintidə işləyən fəhlə 7-ci mərtəbədən yıxılıb öldü

Hadisə Masazır qəsəbəsində baş verib.

· Xəbərçi
Tikintidə işləyən fəhlə 7-ci mərtəbədən yıxılıb öldü
Abşeron rayonunda tikintidə bədbəxt hadisə baş verib. ANS PRESS-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadla verdiyi məlumata görə, ötən gün Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində "Yeni Bakı" yaşayış kompleksində, orada işləyən Tovuz rayon sakini Məzahir Qasımov 7-ci mərtəbədən yıxılıb. M.Qasımov aldığı xəsarətlərdən dünyasını dəyişib.

Şərhlər