Tikinti şirkətinin direktorunun evinə basqın edən qulluqçusu imiş
22 İyul 2010 Cümə Axşamı 13:00
Direktorun evini soyan orada qulluqçu işləyən şəxs imiş.
bakının Xətai rayonunda "TAN-İnşaat" tikinti şirkətinin direktoru Sevinc Məmmədovaun evinə basqınla bağlı təfərrüatlar məlum olub. Bu barədə Rayon Polis İdarəsindən Milli.Az-a məlumat verilib.
Məlum olub ki, Sevinc Məmmədovanın mənzilində qulluqçu işləyən 32 yaşlı Majena Xakipura qarşı quldurluq hadisəsi törədilməyib. O, özü-özünə bıçaqla xəsarət yetirib, polisə yalan məlumat verməklə mənzildən qızıl əşyaları oğurlayıb.
Xatırladaq ki, iyulun 21-i saat 10:00 radələrində naməlum şəxslər “TAN-İnşaat” tiknti şirkətinin direktoru Sevinc Məmmədovanın Xətai rayonu, Senyuşkin küçəsi, bina 13, ev 9-da yerləşən mənzilini qarət etməsi barədə məlumat yayılmışdı.
Məlumatda bildirilirdi ki, naməlum şəxslər özlərini işıq idarəsinin əməkdaşları kimi təqdim edərək mənzilə daxil olub, orada xadimə işləyən Xakipur Majena Mikayıl qızına ayaq nahiyəsindən bıçaqla xəsarət yetiriblər. Naməlum şəxslər evdən 15 min manat dəyərində qızıl-zinət əşyaları, “Bakko” şirkətinin istehsalı olan, 2000 manat dəyərində 2 ədəd kişi pencəyi, təxminən hər biri 1500 manat olan 4 yataq dəsti aparıblar.
Faktla bağlı Xətai rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq etməklə quldurluq) maddələri ilə cinayət işi başlanıb. Hadisəni törədən şəxslərin axtarışı davam etdirilir. ANSPRES
DOSTLARINLA PAYLAŞ: