Hadisə

Tiflisdə yol qəzası, 9 azərbaycanlı xəsarət alıb

Bu gün səhər saatlarında Tiflisin Qorqasali küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

· Xəbərçi
Tiflisdə yol qəzası, 9 azərbaycanlı xəsarət alıb


APA-nın Gürcüstan bürosunun məlumatına görə, içərisində 9 azərbaycanlı sərnişin olan mikroavtobus ağaca çırpılıb. Qəza zamanı yaralanan soydaşlarımızdan iki nəfər xəstəxanaya çatdırılıb, onların vəziyyəti ağırdır. Digər xəsarət alan sərnişinlərə ilkin tibbi yardım göstərilib. Yol patrul xidmətinin versiyasına görə, hadisəyə sürücünün nəqliyyat vasitəsinin sürətlə idarə etməsi səbəb olub.

Şərhlər