Tiflisdə partlayıcı qurğu zərərsizləşdirilib
24 Fevral 2011 Cümə Axşamı 00:41
Əldəqayırma bomba “İmedi” telekanalının binasının yaxınlığında yerləşdirilibmiş
Gürcüstan hüquq-mühafizə orqanlarının əməkdaşları Tiflisdə, “İmedi” telekanalının binası yaxınlığında partlayıcı qurğu zərərsizləşdiriblər. Məlumatı “İmedi” telekanalı yayıb.
Hüquq-mühafizə orqanlarının bomba ilə bağlı informasiyanı ölkədə terror aktları törətməkdə təqsirləndirilən Qoqita Arkaniyadan aldığı güman edilir. Qeyd edək ki, 2010-cu ildə Gürcüstanın müxtəlif rayonlarında terror aktları seriyasına görə 9 nəfər saxlanılıb.
“İmedi” telekanalının məlumatına görə, partlayıcı qurğu telekanal binasından bir neçə metr aralıda aşkarlanıb və zərərsizləqdirilib. İlkin ehtimallara görə, partlayış effektinin gücləndirilməsi üçün bombanın hazırlanmasında geksocen və mismarlardan istifadə olunub.
Bir saata yaxındır ki, telekanalın binasının yaxınlığında istehkamçılar və patrul polisinin onlarla qrupu işləyir. Telekanalın canlı yayımında hüquq-mühafizə orqanları əməkdaşlarının işlədiyi ərazi göstərilir.
Gürcüstan DİN hələləik faktı şərh etməyib.
DOSTLARINLA PAYLAŞ: